Şou

Həyat yoldaşını canlı yayımda başqası ilə görüncə... - foto

Metbuat.az

Türkiyədə canlı yayında reportaj izləyərkən həyat yoldaşını başqa biri ilə görən kişi boşanma davası açıb.

Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, həmin anın fotosunu çəkən 35 yaşlı S.D 3 il öncə evləndiyi həyat yoldaşını təsadüfən ekranda görüb. Bundan bir müddət əvvəl qadının telefonuna gələn şübhəli mesajdan sonra da boşanmaq istəsə də, o vaxt 31 yaşlı N.A mesajın dostundan olduğunu söyləyib.

Xəbəri olmadan canlı yayıma düşən qadın isə evə gəldikdən sonra ərinin əsbləşdiyini görüb. Yenə də "dostumdur" desə də, məhkəmə boşanma ərizəsini qısa müddətdə qəbul edərək heç bir təzminat olmadan cütlüyü ayırıb.