Sosial
Hesabat: Rəsmi məlumatlara görə, 2015-ci ildə Ermənistan Silahlı Qüvvələri 26 hərbi qulluqçusunu itirib
[ 03 Aprel 2015 12:59 ]
Bakı. Ağa Cəfərli - APA. 2015-ci ilin ilk rübü ərzində Ermənistan Silahlı Qüvvələri 26 hərbi qulluqçusunu itirib.
APA-nın Ermənistanın “epress.am” saytına istinadən verdiyi xəbərə görə, bu məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı hesabatda əksini tapıb.
“Bu o deməkdir ki, qoşunların təmas xəttində vəziyyət kəskinləşir, bu isə öz növbəsində, itkilərin artmasına gətirib çıxarır", deyə təşkilatın hesabatında qeyd edilir.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da rəsmi məlumatlara görə, Ermənistanın bu il 30-dək hərbçisini itirdiyini açıqlayıb. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm 50-yə çatır.