“Həm uşaq kimiyəm, həm də seksual” (FOTO)
Geridə qoyduğumuz ilin sentyabr ayında paytaxtımızın qonağı olan türkiyəli məşhur müğənni şəxsi həyatı ilə bağlı açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, türkiyəli məşhur müğənni Atiyə şəxsi həyatı və sənət fəaliyyəti ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.
O, cazibədarlığı ilə diqqət çəkməyindən əlavə, uşaq kimi qəbul edildiyini də etiraf edib.
“Kimlərsə seksual olduğumu, kimlərsə uşaq kimi göründüyümü deyir. “Nescafe” kimiyəm: ikisi bir yerdə. Hər şey əhvalımdan aslıdır”, – deyə Atiyə bildirib.
Hazırda həyatında sevdiyi bir şəxsin mövcudluğunu vurğulayan gənc müğənni onunla xoşbəxt olduğunu da gizlətməyib.
Bundan başqa o, onunla evlənəcək şəxsin musiqi kariyerasına hörmət etməli olduğunu qeyd edib.
Ərəb və türk əsilli 26 yaşlı müğənni Almaniyada dünyaya göz açıb.
ANS PRESS