Şou

Həkim Röyaya qadağa qoyub

Metbuat.az

Müğənni Röya Ayxana həkim qadağa qoyub.

Axşam.az-ın məlumatına görə, səs tellərində problem olan sənətçi “Onlar”a açıqlamasında artıq sağaldığını deyib:

“İki ay əvvəl həkimə getdim. Yaxşı sözlər demədilər. Əməliyyat yazdılar. Amma Gülyaz və Gülyanaq bacıları məni həkimə apardılar. Məhz səs tellərini müalicə edir. Həkim-həkim gəzdim, ona görə də daha pis oldum. Əsəbdən qışqırmışam, səs telim partlayıb. İndi düzəlirəm. Həkim qadağalar qoyub. Ancaq su içə bilərəm. Bal yedikcə boğuluram. Alma, duzlu, şirniyyat olmaz”.