Sosial

Hava yağmursuz olacaq

Metbuat.az

Aprelin 16-da

Bakıda və Abşeron yarımadasında

dəyişkən buludlu olacaq. Əsasən, yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

AZƏRTAC

-a verilən məlumata görə, axşam buludluluğun artacağı gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-16° isti olacağı gözlənilir.



Naxçıvan Muxtar Respublikasında,

əsasən, yağmursuz olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 15-20°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.



Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında,

əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13°, bəzi yerlərdə 16°-dək isti olacağı gözlənilir.



Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.



Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16°, bəzi yerlərdə 19°-dək isti olacağı gözlənilir.



Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında,

əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, bəzi yerlərdə 22°-dək isti olacağı gözlənilir.



Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında,

əsasən, yağmursuz olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman, şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.



Milli.Az