Mədəniyyət

Habil Əliyev "ev dustağı" edilib

Metbuat.az

Xəbər verildiyi kimi, xalq artisti, kamança ustası

Habil Əliyev

uzun müddətdir ki, ürək-damar xəstəliyindən əziyyət çəkir.



Milli.Az xəbər verir ki, 

aznews.az

sənətkarın sağlamlığının hazırkı durumu ilə maraqlanıb.



Xalq artistinin həyat yoldaşı

Şərqiyyə Əliyeva

deyib ki, Habil Əliyevin müalicəsi ev şəraitində davam edir: “Səhhəti qaydasındadır, amma havalar soyuq keçdiyindən hələ də evdən harasa getməyə icazə vermirik. Qorxuruq ki, soyuq olar”.



Ş.Əliyeva onu da bildirib ki, Habil Əliyevin səhhətilə ilə bağlı dövlət rəsmilərindən tutmuş adi tamaşaçılaradək hamı maraqlanır: “Deputatların da böyük əksəriyyəti həmişə zəng edir, evə yanına gəlmək istəyirlər. Milli Məslisin sədrinin 1-ci müavini Ziyafət Əsgərov da tez-tez soruşur. Habil müəllimin xəstəliyi isə qonaq qəbul etməyə imkan vermir. Biz onların hər birindən, dövlətimizdən və xalqımızdan razıyıq”.



Milli.Az