İqtisadiyyat

Gürcüstan Baş nazirinin müavini Azərbaycana səfər edəcək

Metbuat.az

Tbilisi, 9 aprel,

AZƏRTAC

Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili aprelin 14-də Azərbaycana səfər edəcək.


G.Kvirikaşvili

AZƏRTAC

-ın müxbirinə bildirib ki, səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır. O, qeyd edib ki, bu səfərdən sonra Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin görüşü nəzərdə tutulub.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi