İqtisadiyyat

Gül bayramına hazırlıqla əlaqədar Bakının mərkəzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Bakı şəhərində Gül bayramına hazırlıq işləri ilə əlaqədar Bülbül prospektinin Füzuli küçəsi ilə kəsişməsindən Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində (Heydər Əliyev sarayının qarşısı) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.


Bu barədə

AZƏRTAC

-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, sürücülər alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə edilir.