Mədəniyyət

Görkəmli yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovun xatirəsi anılıb

Metbuat.az

Bakı, 14 aprel, Zərəngiz Mansurova,

AZƏRTAC

Aprelin 14-də görkəmli yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovun 145 illik yubileyinə həsr olunan tədbir keçirilib.


AZƏRTAC

xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Nəriman Nərimanovun heykəli önünə gələrək, xatirəsini ehtiramla yadlər.


Ədibin xatirə muzeyində davam etdirilən tədbirdə əvvəlcə slayd nümayiş etdirilib.


Tarix üzrə fəlsəfə doktorları Fərhad Cabbarov, Firdovsiyyə Əhmədova və başqaları N.Nərimanovun həyatı, fəlsəfi görüşləri, yaradıcılığı, ictimai-siyasi və dövlətçilik fəaliyyəti barədə məlumat veriblər.


Çıxış edənlər mütəfəkkir yazıçının ömür yolundan, ictimai-siyasi fəaliyyətindən danışmaqla bərabər, ədəbi-bədii əsərlərindən də söhbət açıblar.


N.Nərimanovun dövlət xadimi olmaqla yanaşı, həm də bir maarifpərvər və dramaturq, həkim, müəllim kimi də Azərbaycan tarixində mühüm rol oynadığı bildirilib. Azərbaycan ədəbiyyatında “Bahadır və Sona” əsəri ilə ilk milli roman janrının, “Nadir şah”la isə ilk tarixi faciənin əsasını qoyduğu, Bakıda ilk qiraətxananı da onun açdığı deyilib.


Muzeyin foyesində mütəfəkkir yazıçının əsərləri nümayiş olunub.