Şou
Gizəm: "Ən böyük arzum Aygün Kazımova ilə..."
Türkiyəli keçmiş model Gizəm Özdilli əslən azərbaycanlı olduğunu bildirib.
Axşam.az-ın məlumatına görə, o, bu haqda İnstaqram səhifəsində yazıb. Gizəm eyni zamanda xalq artisti Aygün Kazımova ilə tanış olmaq istədiyini vurğulayıb:
"Bilən bilir, bilməyənlər isə öyrənsin - Azərbaycan əsilliyəm. Bütün dünyanı gəzən, təkcə Azərbaycanda olmamağım bir eyibdir. Yaxın günlərdə ora gedəcəm. Ən böyük arzum da diva Aygün Kazımova ilə tanış olmaqdır".