Sosial

Gəncədə möhtəşəm rekord vurulacaq - FOTO

Metbuat.az

Gəncədə möhtəşəm olimpiya kompleksi inşa olunur. Kompleks Azərbaycanda inşa olunan idman qurğularından fərqlənəcək.



Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini

Naqif Həmzəyev

Milli.Az-a açıqlamasında bildirdi ki, inşa olunacaq kompleks MDB-də ən böyük olimpiya kompleksi olacaq. Müavinin sözlərinə görə, 2014-ci il yanvarın 21-də yeni olimpiya kompleksinin təməli qoyulub:



"Yaxın zamanlarda tikintiyə başlanacaq. Çox böyük kompleks olacaq. 2017-ci ilədək istifadəyə veriləcək. Tikiləcək kompleks olimpiya oyunlarının və böyük idman tədbirlərinin keçirilməsinə imkan veriləcək".



Gülər
Milli.Az