Gəncədə küçələrə yeni adlar veriləcək
Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin 50 illik yubileyi münasibəti ilə təşkil olunan tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyevqeyd edib ki, Gəncə Azərbaycanın suverenliyi uğrunda gedən döyüşlərdə 400-dən artıq şəhid verib. Milli.Az Kəpəz TV-yə (Region TV) xəbər verir ki, onların adının əbədiləşdirilməsi məqsədi ilə "Milli Qəhrəmanlar" muzeyinin yaradılacağını bildirən icra başçısı, şəhərdə hər birinin adına küçə verildiyini açıqlayıb. Ümumilikdə 568 küçəyə yeni adlar verilib, daha 200 küçənin adı isə yaxın zamanlarda müəyyənləşəcək.
Elmar Vəliyev: "Yaxın zamanlarda onların adları vurulacaq. Dövlət tərəfindən vəsait ayrılıb. Ümumilikdə Gəncədə olan 1200-ə yaxın küçəyə adlar vurulacaq. Bu, əslində, böyük bir problem idi, həll olunacaq".
Milli.Az