Şou

Fidan Hacıyeva: "Məndən asılı olan hər şeyi edirəm"

Metbuat.az
Azərbaycanın xalq artisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında keçiriləcək solo konsertinə hazırlaşır

Xalq artisti

Trend

-ə qarşıdakı konsert və tamaşaçıları gözləyən sürprizlərdən danışıb.



- Fidan xanım, konsert proqramınız "Bir bahar axşamı" adlanır. Bu, baharın sizin sevimli fəsliniz olduğu anlamına gəlir?

- Baharı çox sevirəm. Ötən il martın 7-də Böyük Britaniyada solo konsertim keçirildi və 2014-cü il aprelin 19-da Heydər Əliyev Sarayında proqramla çıxış etdim. “Bir bahar axşamı” konsertində operalardan ariyalar səsləndirməyəcəyəm, mahnı və romanslar oxuyacağam.



- Nə üçün opera oxumamaq qərarına gəldiniz?

- Operalardan ariyalar oxuduğum bir çox konsertlərim olub. Buna görə də tamamilə başqa proqram hazırlamaq qərarına gəldim.



- Budəfəki konsertinizdə duetlər olacaqmı?

- Bəli. Bu dəfə gənc ifaçı Ələsgər Əliyevi təqdim edəcəyəm. Hesab edirəm ki, ifaçıları yaradıcılıqlarının başlanğıcında dəstəkləmək lazımdır.



- Bir neçə il əvvəl ailə vəziyyətinə görə vokal karyeranıza kiçik fasilə verdiniz. Sizi kim və ya nə musiqidən ayıra bilər?

- Əksinə, fasilədən sonra karyeramda yeni mərhələ başladı. Azərbaycan klassik musiqisinin təkcə ölkədə deyil, eləcə də xaricdə tanınmasını istəyirəm və bunun üçün məndən asılı olan hər şeyi edirəm.



- Müqavilə təklif etsələr, ölkədən getməyə hazırsınızmı?

- Azərbaycan mənim Vətənimdir. Buradan heç vaxt getməyəcəyəm.



Milli.Az