Sosial
FHN Masazır qəsəbəsindəki fərdi evdə baş verən partlayışla bağlı açıqıama verib
Bakı. 9 aprel. REPORT.AZ/ Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evində partlayış baş verməsi və köməyə ehtiyac olması barədə
Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
"Report"un FHN saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 20:32-də başa çatıb.