Sosial
FHN Bakıda döyüş sursatı aşkar edib
“Report”
Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursata baxış keçirib. Məlum olub ki, bu təlim-tədris zamanı istifadə olunan 1 ədəd 82 millimetrlik minaatan mərmisidir. Sursat ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 13:50-də başa çatıb.