Sosial
FHN Bakıda avtodayanacaqda baş vermiş yanğınla bağlı məlumat yayıb
Bakı. 20 aprel. REPORT.AZ/ Bakı şəhəri, Ya
samal rayonunda sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.
Yanğın saat 17:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.