Şou

"Ərim məni ATV-nin qabağında döydü" - video

Metbuat.az
Müğənni İlahə İbadova keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Axşam.az-ın məlumatına görə, bunu “Düzünü desək” verilişində qonaq olan ifaçının özü etiraf edib:



“Düzdür, belə bir şey olub. Məni ATV-nin qabağında döyüb. İşçilərdən görən də olub”.



Müğənni keçmiş əri tərəfindən döyülməsinin səbəbini isə belə açıqlayıb:



“Mənim köməkçim oğlan idi. O da deyirdi, sənin köməkçin niyə oğlandır. Bu cür bəhanələr gətirirdi. Köməkçim istədi mənə yardım etsin. Sadəcə olaraq, mən ailə söhbətimizə qarışmasına razı olmadım və onu yola saldım getdi”.