Dünya

Ərdoğan azərbaycanlı aktrisanın filmini izlədi

Metbuat.az

Prezident

Rəcəb Tayyib Ərdoğan

azərbaycanlı aktrisa

Nəsrin Cavadzadə

nin baş rolda oynadığı “Son məktub” filmini izləyib.



Qafqazinfo

Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Çanaqqala Dəniz Zəfərinin 100-cü ildönümündə nümayiş olunmağa başlayan və Çanaqqala döyüşündən bəhs edən filmi həyat yoldaşı

Əminə Ərdoğan

və qızı

Sümeyyə Ərdoğan

ilə birgə seyr edib.



Filmdən sonra jurnalistlərin suallarını cavablandıran Ərdoğan filmi bəyəndiyini bildirib:



“Əcdadımızın, həqiqətən, Çanaqqalada necə döyüşdüklərini, ölkəmizi müdafiə etdikləri və “Çanaqqala keçilməz” anlayışını bir imanın təzahürü olaraq necə ortaya qoyduqlarını ən gözəl filmlə canlandırılması bizləri də duyğulandırdı. Filmi xüsusilə gənclərin seyr etməsində böyük fayda görürəm”.



Qeyd edək ki, Çanaqqala müharibəsindən bəhs edən və 20 milyon lirə ilə ən yüksək büdcəli türk filmi olan “Son məktub” martdan nümayiş olunur.



Filmin baş rollarını

Tansel Öngel

, Nəsrin Cavadzadə,

Hüseyn Avni Danyal

Bülent Şakrak

canlandırırlar.



Milli.Az