Şou

Ən çox qazanan model podiumla vidalaşdı

Metbuat.az

Ötən il “Forbes” jurnalının dünyanın ən çox qazanan modeli elan etdiyi Jizel Bündhen sonuncu dəfə podiuma çıxıb. ANS PRESS-in məlumatına görə, supermodel Jizel Bündhen bir müddət əvvəl karyerasına son qoyacağını deyərək hər kəsi təəccübləndirmişdi. "Bədənim artıq bu işə vida etməli olduğumla bağlı siqnallar verir" - deyərək karyerasına son qoymasının səbəbini izah edən gözəl model bundan sonra ailəsi ilə daha çox vaxt keçirmək istədiyini bildirib. Buna baxmayaraq o, reklam kampaniyalarında rol almağa davam edəcəyini və modelyerliklə məşğul olacağını istisna etməyib.



Supermodel “Colcci” brendinin yeni kolleksiyasını nümayiş etdirmək üçün son dəfə podiuma çıxaraq hər kəslə vidalaşıb. Bu zaman duyğusal anlar yaşanıb. Bütün modellər üzərində Jizelin müxtəlif zamanlarda çəkdirdiyi fotolar olan köynəklər geyiniblər. Futbolçu Tom Bredi də həyat yoldaşı Jizeli ön sıradan izləyərək ona dəstək olub.



Modelliyə 14 yaşında başlayan Jizel Bündhen bu sahədə 20 il fəaliyyət göstərib.

Mənbə
ANS PRESS