Şou
Əməkdar artist İtaliya vətəndaşı imiş
Əməkdar artist Zaur Əmiraslanov “Günə baxan” verilişində özü ilə bağlı maraqlı etiraflar edib.
Axşam.az-ın məlumatına görə, hərbçi olduğunu deyən müğənninin iki vətəndaşlığı var:
“Mən həm Azərbaycan, həm də İtaliya vətəndaşıyam. Orada təhsil almışam”.
Z.Əmiraslanov İtaliyada qarşılaşdığı xoşagəlməz hadisədən də bəhs edib:
“Bir dəfə operaya getmişdim. Bir qadın gəldi. Əlində də yükü var idi. Hiss olunurdu ki, alış-verişdən qayıdır. Elə bildim, operaya baxmağa gəlib. Ancaq gördüm ki, yerinə keçib əlindəkiləri yerə qoydu və yuxuya getdi. İtalyan xanımı operaya yatmağa gedirsə, başqa insanlardan nə gözləyəsən?!”.