Şou
“Elza oxumasın” - Teymur Əmrah
Əməkdar artist Teymur Əmrah “Gündəlik” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni efirdə həmkarı Elza Seyidcahandan danışıb. O, ifaçının ünvanına təriflər yağdırıb:
“Elzanın konsertinə getmişdim. Mənə söz verdilər, çıxışımda dedim ki, sən oxuma, bəstələ. O, peşəkar bəstəkardır. Ciddi məktəb oxuyub, istedadı və ali təhsili var. Onu hər zaman dəstəkləmişəm. Ola bilsin tarixdə qalmasın. Amma bəstələri gözəldir. Mahnıları başqalarının ifasında fərqli səslənir. Özü oxumasın, ancaq bəstələsin versin başqasına”.