Elnurun promo turlarına start verildi (FOTO,VİDEO)
Azərbaycanı “Evrovision 2015” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynov promo turlarına start verilib.
ANS PRESS-in yarışmanın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, azərbaycanlı təmsilçinin Avropa turnesi Latviyanın paytaxtı Riqadan başlayıb.
Təmsilçimiz artıq dünəndən Riqadadır. O, digər qonaqlarla birlikdə mətbuat konfransı keçirəcək. Daha sonra “Eurovision pre-party Riga 2015” konsertində iştirak edəcək. Həmin konsertdə Eurovision qalibləri Aleksandr Rıbak (2009), Eldar Qasımov (2011) və Mariya Naumova (2002) səhnəyə çıxacaq.
Elnur ardıcıl olaraq Macarıstanın paytaxtı Budapestdə, Hollandiyanın paytaxtı Amsterdamda, Rusiyanın paytaxtı Moskvada və Avstriyanın paytaxtı Vyanada konsert proqramları ilə çıxış edəcək.
Qeyd edək ki, Elnur Hüseynov "Eurovision 2015" mahnı yarışmasının 21 mayda keçiriləcək II yarımfınalında 11 nömrə altında səhnəyə çıxacaq. Təmsilçimiz "Hour of the Wolf” mahnısını təqdim edəcək.
Elnur Heseynovun promo turları barədə ətraflı məlumatı bu linkdən öyrənə bilərsiz:
Azerbaijan: Elnur's promo tour starts todayMənbə
ANS PRESS