Şou

Elnur Hüseynov: “Nənəmə oxşamışam” (VİDEO)

Metbuat.az

Builki “Eurovision” təmsilçimiz Türkiyə mediasına müsahibə verib.



ANS PRESS-in məlumatına görə, qardaş ölkədə keçirilən “O səs Türkiyə” müsabiqəsində qatıldığı ilk gündən möhtəşəm səhnə performansı və güclü səsi ilə izləyicilərin rəğbətini qazanan və sonda qalib seçilən həmyerlimiz Elnur Hüseynov “TV8” kanalında yayımlanan “Aramızda qalmasın” verilişinə müsahibə verib.



İfaçı qardaş ölkədə gördüyü diqqətdən, ona olan münasibətdən məmnunluğunu diqqətə çatdırıb.



Bunan başqa, o, bu il təkcə Azərbaycan adından yox, həm də Türkiyə adından da çıxış etdiyini vurğulayıb.



Qeyd edək ki, “Eurovision 2008”də Samir Cavadzadə ilə Azərbaycanı təmsil edən Elnur Hüseynov bu il Avstriyanın Vyana şəhərində baş tutacaq mahnı müsabiqəsində “Hour of the Wolf” mahnısı ilə bir daha ölkəmiz adına çıxış edəcək.



Mənbə
ANS PRESS