Mədəniyyət
Milli.Az
Elnur Hüseynov Avropa turuna başladı
60-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni
Elnur HüseynovAvropa turnesinə çıxıb. Milli.Az xəbər verir ki, müğənni may ayının 21-nə, Vyanadakı yarımfinala qədər təmsilçimiz bir neçə Avropa ölkəsini ziyarət edəcək.
Tur bu gün Latviyanın paytaxtı Riqadan başlayacaq. Sonradan Elnur Macarıstanın paytaxtı Budapeştə yola düşəcək. Elnuru Amsterdamda "Eurovision in Concert" şousunda iştirak da gözləyir. Növbəti bir neçə ölkənin adı sonradan açıqlanacaq.
Elnur Riqada mətbuat konfransı keçirəcək və "Eurovision pre-party Riga 2015" konsertində çıxış edəcək. Həmin səhnəyə "Eurovision" yarışmasının əvvəlki illərdəki qalibləri
Aleksandr Rıbak,
Eldar Qasımovvə
Mariya Naumovada çıxacaqlar.
Milli.Az