Mədəniyyət

Əli bəy Hüseynzadənin qızının əl işi Milli İncəsənət Muzeyinə təqdim edilib

Metbuat.az

Bakı, 14 aprel,

AZƏRTAC

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarın əl işi olan rəsm əsərini Azərbaycan Milli İncəsənət Muzeyinə təqdim edib.


AZƏRTAC

xəbər verir ki, dəf formasında dəri üzərində işlənmiş əsərdə Türkiyədə məşhur əfsanə qəhrəmanı olan “Şahmaran” təsvir edilib.


Z.Əliyev bildirib ki, əsəri Türkiyədə olarkən müəllifin özü hədiyyə edib.