İqtisadiyyat

Elektron ödəniş sisteminin “iOS” versiyası istifadəyə verilib

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

“iOS” əməliyyat sistemi əsasında işləyən telefon istifadəçiləri üçün “E-pul” elektron ödəniş sistemindən yararlanmaq imkanı yaradılıb.


“ICTnews” elektron xəbər xidmətindən

AZƏRTAC

- verilən məlumata görə, artıq “iOS” əməliyyat sistemi ilə çalışan telefonlar üçün “E-pul” mobil tətbiqi istifadəyə verilib. İlin əvvəlində elektron ödəniş sisteminin “Android” versiyası istifadəyə verilib.


Qeyd edək ki, “E-pul.az” internet, telefon, kommunal xidmətlər, istifadəçi krediti və digər xidmətlərin onlayn rejimdə ödənişini təmin edir.