Sosial
Ədliyyə naziri Yardımlıda vətəndaşları qəbul edəcək
Bakı. 21 aprel. REPORT.AZ/ Aprelin 24-də ədliyyə naziri
Fikrət MəmmədovYardımlı rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Yardımlı, Lerik və Masallı rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Qəbul saat 11:00-da Yardımlı şəhərindəki
Heydər ƏliyevMərkəzində (ünvan: Yardımlı şəhəri Heydər Əliyev prospekti) keçiriləcək.
Vətəndaşlar qəbula Lənkəran regional ədliyyə şöbəsi (ünvan: Lənkəran şəhəri, H.Abdullayev küçəsi 15; əlaqə telefonu: (02525) 4-26-72), habelə
Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində yazıla bilərlər.