Mədəniyyət

Dünya şöhrətli opera müğənnisi Bakıda çıxış edəcək

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli opera müğənnisi Lado Atanelinin konserti olacaq.


Teatrın mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, L.Ataneli 1960-cı ildə Tbilisidə anadan olub. Tbilisi Dövlət Konservatoriyasını bitirib.


İspaniya, Almaniya, Avstriya və digər ölkələrdə keçirilən beynəlxalq musiqi müsabiqələrində L.Ataneli dəfələrlə Qran-Priyə və qızıl medallara layiq görülüb. Müğənni uzun illər boyu “La Skala” (Milan), “Metropoliten-Opera” (Nyu-York), “Kovent Qarden” (London), “Real Teatr” (Madrid), “Döyçe Opera” (Berlin) teatrları kimi ən nüfuzlu opera səhnələrində, habelə Vyana Dövlət Opera Teatrının səhnəsində, Tokio, San-Fransisko, Vaşinqton və başqa şəhərlərdə çıxış edib, Renato (“Bal-Maskarad”), Amonasro (“Aida”), Nabukko (“Nabukko”), Maqbet (“Maqbet”), Yaqo (“Otello”), Jermon (“Traviata”), Skarpia (“Toska”) və başqa partiyaları ifa edib.