Şou
ANS PRESS
Dünya şöhrətli opera müğənnisi Bakıda
Dünya şöhrətli opera ifaçısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsert proqramı ilə çıxış edəcək.
ANS PRESS-in məlumatına görə, ecazkar səs sahibi Lado Atanelinin konserti aprelin 17-də baş tutacaq.
İstedadlı müğənni Lado Ataneli 1960-cı il sentyabrın 9-da anadan olub. Bu günə kimi o, dünyanın ən möhtəşəm opera teatrlarında maraqlı konsert proqramları ilə çıxış edib və müxtəlif mükafatlara layiq görülüb.
Ecazkar səsə sahib olan ifaçı “Bal-Maskarad” operasında Renato, “Aida”da Amonasro, Verdinin eyniadlı əsərlərində Nabukko və Makbet, “Otello” operasında Yaqo, “Traviate”də Jermon, “Don Karlos” əsərində Rodriqo, markiz Poza rollarını məharətlə ifa edib.
MənbəANS PRESS