Mədəniyyət

Dünya şöhrətli opera ifaçısı Bakıya gəlir

Metbuat.az

Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya şöhrətli opera ifaçısı Lado Atanelinin konserti keçiriləcək.


Bu barədə “Report”a teatrdan məlumat verilib.


1960-cı ildə Gürcüstanda anadan olmuş L.Ataneli Tbilisi Dövlət Konservatoriyasının məzunudur.


Bir sıra beynəlxalq musiqi müsabiqələrində (İspaniya, Almaniya, Avstriya və s. ölkələrdə keçirilən) Qran-Pri mükafatı və Qızıl medalını qazanıb. Görkəmli müğənni bir çox illərdir ki, dünyanın ən möhtəşəm opera səhnələrində - La-Skala (Milan), Metropoliten-Opera (Nyu-York), Kovent Qarden (London), Real Teatrı (Madrid), Doyçe Opera (Berlin), Vyana Dövlət Operası, həmçinin Tokio, San-Fransisko, Vaşinqton və b. Şəhərlərin Opera teatrlarının səhnələrində uğurla çıxış edir.


Onun repertuarında Renato (“Bal-Maskarad”), Amonasro ( “Aida”), Nabukko(“Nabukko”), Makbet (“Makbet”), Yaqo ( “Otello”), Jermon ( “Traviata”), Skarpia (“Toska”), Tonio (“Payatsı”) və s. partiyalar möhkəm yer tutur.