Dünya provaslavları Pasxanı qeyd edir (VİDEO)
Bu gün dünya provaslavları Pasxa bayramını qeyd edir. Pasxa bayramı ilə əlaqədar Yaxın Şərqdə “müqəddəs od” dini mərasimi baş tutub.
ANS TV-nin məlumatına görə, Qüds şəhərində keçirilən mərasimə yüzlərlə pravoslav xristianı qatılıb. Tədbirə patriarx 3-cü Feofil başçılıq edib. Patriarx məşəl ilə əvvəlcə 33 şamı yandırıb, daha sonra iştirakçıları onun alovundan öz məşəllərini yandırıblar. Patriarx mərasim iştirakçılarını xaç suyuna çəkib, onlara xeyir-dua verib.
İddialara görə, hər il Pasxa bayramından bir gün əvvəl məbəddə od alovlanmağa başlayır. Bu məbəd möcüzəvi hesab olunan odun mənbəyi İsa peyğəmbərin yenidən dirildiyi müqəddəs məbəddir.
Müqəddəs od buradan digər provaslav cəmiyyətlərinə də ötürülür.
Rusiyanın paytaxtı Moskvada isə mərasimlə əlaqədar keçirilən tədbirdə prezident Vladimir Putin və baş nazir Dmitri Medvedyev də iştirak edib.
Bu arada Misirdə yaşayan provaslavlar da pasxa bayramını qeyd ediblər.
Oxşar dini ayinlər Ukraynada da qeyd olunub.
Ukraynada patriarx Filaretin duası Donbas münaqişəsinin sona çatması üçün olub. Patriarx söyləyib ki, Tanrı Ukrayna xalqına ona təcavüz edən ölkə üzərində qələbə bəxş edəcək.
Yunanıstanın Xios adasında Pasxa bayramı, ənənəyə uyğun olaraq, fərqli qeyd olunur. Yerli əhali pirotexniki vasitələrlə kilsələlərdən bir-birilərinə hücum edirlər. Ayin “yalançı müharibə” adlanır. Müharibə zamanı pirotexniki raketlərdən istifadə olunur.
ANS-TV-Çinarə Vaqif