İqtisadiyyat
Dumanlı hava Bakı aeroportunun işinə təsir etməyib
Bakı. 18 aprel. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda müşahodə olunan dumanlı hava şəraiti
Heydər ƏliyevBeynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına təsir etməyib. Bu barədə "Report"a hava limanından bildiriblər.
Aeroportdan bütün uçuşların cədvələ uyğun həyata keçirildiyi qeyd olunub.
Hava limanından deyiblər ki, indiyədək təxirə salınmış aviareys yoxdur.