Sosial

DSMF-nin şöbə müdiri və dörd sektor müdirinə töhmət verilib

Metbuat.az

Bakı. 6 aprel .REPORT.AZ/ Azərbaycan 

Dövlət Sosial Müdafiə Fondu

nun (DSMF) şöbə müdiri və 4 sektor müdirinə töhmət verilib.


"Report" xəbər verir ki,  bu barədə məlumat

Hesablama Palatası

nın 2014-cü il üzrə hesabatında öz əksini tapıb.


Sənəddə bildirilib ki, hüquqi və sahibkarlıq  fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə hesablanmış cəmi 24549 manat məbləğində vəsait hesabatlara, 4628,36 manat məbləğində artıq, 2677,2 manat məbləğində əskik ödənilmiş pensiya məbləği, 4868,1 manat məbləğində müavinət müvafiq qaydada bərpa edilib, debitor borcların ödənilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilib, az hesablanmış 1235,85 manat məbləğində gəlir vergiləri müvafiq qaydada bərpa olunub.