Sosial

Dövlət Komitəsində dini ekstremist cərəyanlarla bağlı MÜZAKİRƏ

Metbuat.az

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Tacikistan Respublikası Hökuməti yanında Dini İşlər, Milli Ənənələrin, Şənliklərin və Mərasimlərin Tənzimlənməsi üzrə Komitənin sədri Suleyman Davlatovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub. Komitədən Lent.az-a verilən məlumata görə, görüşdə dini adət-ənənələr, bu sahədə əməkdaşlıq, ali məktəblərdə İslam teologiyasının tədrisi, cəmiyyətdə din ilə bağlı müasir problemlər, radikal dini cərəyanlara qarşı mübarizənin qanunvericilik və normativ-hüquqi əsasları məsələləri müzakirə edilib. Hər iki ölkədə dini ekstremist cərəyanların yaranması ehtimalı və bu kimi neqativ halların qarşısının alınması istiqamətində fikir mübadiləsi aparılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib ki, dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilməkdə olan Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sülh şəraitində yaşayır.
S. Davlatov Azərbaycandakı dini tolerantlığı yüksək dəyərləndirib.