Mədəniyyət

Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir beynəlxalq layihəyə imza atır

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) daha bir beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start verib.


Teatrın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev ADGTT-nın səhnəsində görkəmli Azərbaycan dramaturqu Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” povestini nümayiş etdirəcək. O, povest əsasında səhnələşdirəcəyi “Cəhənnəmdən məktublar” tamaşasına quruluş vermək üçün bu günlərdə Bakıya səfər edəcək.


İlk dəfə olaraq müraciət ediləcək “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında hazırlanacaq tamaşa musiqili pritça kimi nəzərdə tutulub. Tamaşada əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.


Üç ildən artıqdır ki, DGTT ilə Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə sıx yaradıcılıq əlaqələri mövcuddur. Teatr rəhbərləri arasında imzalanmış müqaviləyə əsasən hər iki teatrın repertuarından götürülən əsərlər səhnədə nümayiş etdirilir.