Şou

Derbidə dubl edən forvard 100-ə çatdı

Metbuat.az

Serxio Aquero “Mançester Siti”nin heyətində 100-cü qolunu vurub.



ANS PRESS-in məlumatına görə, “Mançester Yunayted”lə derbi qarşılaşmasında dubl edən forvard, bütün turnirlər daxil bu göstəriciyə yiyələnib.



Son turda əzəli rəqiblərin oyununda “qırmızı şeytanlar” 4:2 hesabı ilə inamlı qələbə qazanıb. Argentinalı hücumçu 2011-ci ildən “şəhərlilər”in şərəfini qoruyur.



O, “Mançester Siti”yə Madridin “Atletiko” klubundan transfer olunub.

Mənbə
ANS PRESS