Ölkə

Dənizdə itən balıqçının cəsədi tapılıb

Metbuat.az

Bakı, 19 aprel,

AZƏRTAC

Dənizdə itən balıqçının cəsədi tapılıb.


AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu gün Qaradağ rayonunda 2 balıqçı dənizin nəzarət olunmayan hissəsində, sahildən 200 m aralıda suda batma təhlükəsi ilə üzləşib. Nazirliyin xilasediciləri balıqçılardan birini xilas edərək sudan çıxarıblar. Digər balıqçının isə cəsədi tapılıb.


Davam etdirilən axtarış xilasetmə əməliyyatı nəticəsində 1969-cu il təvəllüdlü Məmmədov Şamil Bayram oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.