Sosial
Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb
Bakı. 9 aprel. REPORT.AZ/ "
Azərbaycan Dəmir Yolları" QSC-nin Qovlar-Zəyəm dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Qovlar-Zəyəm dəmir yolu stansiyalarının Tovuz rayonu ərazisindən keçən hissəsindən 19 ədəd dəmir künclük oğurlayan Qovlar şəhər sakini Ruslan Cəfərov saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.