Sosial

Daxili orqanlarında Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

Metbuat.az

Bakı. 10 aprel. REPORT.AZ/ Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan vətəndaşının daxili orqanlarından 8,254 qram heroin aşkar edilib. Bu barədə “Report”a

Dövlət Gömrük komitəsi

nin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, narkotik vasitə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama zamanı aşkarlanıb.


2 ədəd bükümdə olan heroin M.Məmmədovun düz bağırsağından aşkar edilib.