Sosial

Daş karxanalarında təhlükəsizlik tədbirləri görülməyib (VİDEO)

Metbuat.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Təhlükəsiz iş aylığı” çərçivəsində daş karxanalarında reydlər davam etdirlir. Bununla bağlı Qaradağ rayonu ərazisində yerləşən bir neçə daş karxanası baş çəkildi.



İilk məkan Qaradağ rayonunda yerləşən “Sehran” MMC-yə məxsus daş karxanası oldu. Burada şirkətin və ərazidə çalışan işçilərin təhlükəsizlik qaydalarına riayət olunmaması aşkar edildi. Onlarda dəbilqə və əlcəklərin, xüsusi geyimlərin və maskaların yoxluğu gözdən yayınmadı.



Eyni zamanda yüksək gərginlikli elektirik xətlərinin qəzalı vəziyyəti və bəzi yerlərdə ümumiyyətlə onların üstünün açıq olması, buradakı işçilərin hansı təhlükə ilə üzləşməsindən xəbəb verirdi. Bundan başqa daş kəsən mişarların standrtlara cavab verməməsi və xüsusi qoruyucu qapaqların olmaması da müfəttişlərin diqqətini çəkdi.



“Nöqsanlar aradan qaldırılanadək, eləcə də qanunverciliyin tələbləri təmin ediləndək daş karxanasının fəaliyyəti dayandırlacaq. Və bütü nöqsanlar aradan qaldırıldıqdan sonra daş karxanasının fəaliyyəti icazə veriləcəkdir”, – deyə baş əmək müfəttişi Xalid Ağayev bildirib.



Aparılan araşdırmalar zamanı burada çalışan işçilərin şirkətlə əmək müqavilələrinin olmaması da aşkar edildi. Bütün bu nöqsanlar üzə çıxdığı üçün ərazidəki texniki avadanlıq və mişar daşları möhürlənərək istifadəsinə qadağa qoyuldu. İşçilərin isə təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün izahatları alındı.



Növbəti məkan isə “Sunrice” MMC-yə məxsus daş karxanası oldu. Burada əməyin mühafizəsilə bağlı bir sıra cari işlərin görülməsinə baxmayaraq, onlarda işçilərin həyat və sağlamlığı üçün təhlükəli olan əmək şəraitinin mövcud olduğu müəyyən edildi. İşçilərin həlak olmasına və ya xəsarət almalarına səbəb ola biləcək istehsalat qəzalarının qarşısının alınması üçün bu müəssisələrdə heç bir profilaktiki tədbirlərin görülmədiyi, işçilərin fərdi mühafizə vasitələri olmadan işlədikləri aşkarlandı.



Müfəttişlər tərəfindən izahatları alınan işçilərin bəziləri, sənədlərə imza atmaqdan boyun qaçırmağa da çalışdı.



İşçilər təhlükəsizlik qaydalarına riayət etmədiklərini soruşduqda çavabları maraqlı oldu.



İşçi Səxavət Çovziyev deyir ki, 15 gündür ki, burada çalışır, bura yeni gəlib.



İşçi Ramin Əliyev qeyd edib ki, işləmək üçün dəbilqə, əlcəklərin, xüsusi geyim, maska hər bir şey var, məhz iş saatı olmadığına görə, onları çıxarmışıq.



Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən məlumata görə, cari ilin əvvəllərində digər müəssisələr kimi, “Sehran” MMC və “Sunrice” MMC-yə də rəsmi məktubla müraciət olunub. Məktubda əməyin mühafizəsi sahəsində mövcud nöqsanların Əmək Məcəlləsinin 215-ci maddəsinə uyğun şəkildə aradan qaldırılması və əmək şəraitinin texniki təhlükəsizlik qaydalarına uyğun təşkil olunması barədə icrası məcburi olan göstərişlər əksini tapsa da, buna əməl olunmayıb.



Əmək xidməti müfəttişliyinin rəis müavini Anar Quliyev sözlərinə görə, istehsal sahələrin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı, icrası məcburi olan göstərişlər təmin olunduqdan sonra fəaliyyətlərini bərpa edəcəklrə.



Dövlət Əmək Müfəttişliyi Xidmətidən verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsaslanaraq, əməyin mühafizəsi qaydasının pozuntusuna görə,1000 mantdan 1500 manata qədər, hüquqi şəxslər üçün əmək müqaviləsini bağlamayan və işə götürənlər isə 20 mindən 25000 manata qədər cərimələnəcək.



Mənbə
ANS-TV-Orxan Mahmudoğlu