Dünya

“Dalniy Vostok” gəmisi içərisində 80 ton balıq olan toru qaldıran zaman çevrilib

Metbuat.az

Bakı, 2 aprel,

AZƏRTAC

Oxot dənizində Kamçatka sahillərində batan “Dalniy Vostok” gəmisi içərisində 80 ton balıq olan toru qaldıran zamanı əyilərək batmağa başlayıb. Gəminin batmasına, həmçinin dənizdəki təlatüm də səbəb olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka baş idarəsinin nümayəndəsi məlumat verib.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin traulerin qəzaya uğramasının bütün versiyaları üzərində işlədiklərini diqqətə çatdırıb.


Qeyd edək ki, “Dalnıy Vostok” balıqçı gəmisi Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 250 kilometr cənubda qəzaya uğrayıb və cəmi 15 dəqiqə ərzində tamamilə batıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. İlkin məlumata görə, onların 7-i Rusiya, 42-i Myanma, 5-i Vanatu, 3-ü və 4 nəfəri isə Ukrayna vətəndaşıdır.


Rusiya Fövqəladə Hallar Nazirliyinin böhranlı vəziyyətlər zamanı milli idarə mərkəzinin rəisi Viktor Yatsutsenkonun məlumatına görə hadisə zamanı həlak olanların sayı 54 nəfərə çatıb, 63 nəfər xilas edilib. İtkin düşənlərin sayı isə 15 nəfərdir.