Şou

Daha bir məşhur ana oldu (FOTO)

Metbuat.az

Daha bir tanınmış yenidən ana oldu. ANS PRESS-in məlumatına görə, Mila Yovoviçin qızı dünyaya gəlib. Aktrisa qızına Deniel adlandırıb.



Gözəl aktrisa ötən gecə saat 05:45-də körpəsini dünyaya gətirib. Doğuşdan bir neçə gün öncə o İnstagram səhifəsində foto yerləşdirib. "Mən tamamilə toparlanmışam və artıq hazıram", deyə şərh yazıb.



Bundan 3 gün sonra isə o yeni foto yerləşdirib. Bu dəfə yeni doğulan körpənin fotosunu. "Biz ikinci qızımız - xanım Deniel Ayden Yovoviç-Andersona qovuşduq. Çəkisi 3.46 kq, boyu 50,8 sm. Bizim Deşi sevirik!".



Xatırladaq ki, 39 yaşlı aktrisanın 7 yaşlı qızı Ever var. Ötən hamiləliyində Mila 30 kq kökəlmişdi. Bu dəfə isə o riskə getməyərək idmanla məşğul olub.









Mənbə
ANS PRESS