Mədəniyyət

Caz həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq

Metbuat.az

Bakı, 12 aprel,

AZƏRTAC

Aprelin 17-də Bakı Caz Mərkəzində caz həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq.


AZƏRTAC

xəbər verir ki, konsertdə Ülviyyə Rəhimova və “Orient Xpress” qrupu çıxış edəcək.


Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu Ülviyyə Rəhimova “Bəri bax” qrupunun tərkibində müxtəlif müsabiqə və festivalların iştirakçısı olub. “Eurovision-2010” Mahnı Müsabiqəsinin milli seçim müsabiqəsinin yarımfinal mərhələsinədək irəliləyib. Onun ifasında səslənən "İn Love" mahnısı maraqla qarşılanıb.


“Orient Xpress” qrupu 2003-cü ildə Bakıda yaradılıb. Yaradıcılıq eksperimentləri üçün müxtəlif musiqi janrlarından istifadə edən qrup 60-dan çox orijinal trek yaradıb.