Şou

Castin Biberdən Selena Qomezlə bağlı etiraf

Metbuat.az
Kanadalı pop ulduz Castin Biber vaxtilə sevgilisi olmuş Selena Qomezlə bağlı maraqlı etiraf edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı dördüncü albomunu Selenadan ilhamlanaraq hazırladığını bildirib. O, hər bir mahnısında Selenaya olan emosiyalarını ortaya qoyduğunu deyib:



“Bütün ilhamımı Selenadan aldım. Onunla münasibətimiz özündə həm xoşbəxtliyi, həm də kədəri cəmləşdirirdi. Mən gözəl duyğularımı onun sayəsində yaşadım”.



Qeyd edək ki, Selena Qomezlə Castin Biber ötən ilin oktyabrında ayrılıblar.