Mədəniyyət

"Çanaqqala" zəfərinin ekran səhifəsi

Metbuat.az

Kinoşünas Sədaqət Kamal bütün Türk dünyasının şərəflə 100 illiyini qeyd etdiyi "Çanaqqala" zəfərinin ekranlarda yer almasından söz açıb. Sədaqət xanım ANS PRESS-ə müsahubəsində maraqlı faktlara toxunub:



"Türk xalqının bu şanlı zəfərini kino xadımləri də yaratdıqları ekran əsərlərində qürurla canlandıra biliblər. Eşref Kolçakın, Tolqa Örnek,Yeşim Sezgin, Kamal Uzunun yaratdıqları filmlər buna misal ola bilər. Avstraliyanın Yeni Dalğa kino cərəyanının görkəmli nümayəndəsi Piter Veyerin 1981-ci ildə çəkdiyi "Çanaqqala" ("Qallipoli") filmində baş rolda isə Mel Gibson çəkilmişdir. Kinodakı Çanaqqalı mövzusundan söhbət açarkən, Sərvaz bəyin tərcümə etdiyi kitabda göstərilən bir faktı qeyd etmək istərdim; belə nəql edilir ki, Çanaqqla savaşından bir müddət sonra onun çanlı iştirakçısı, qəhrəman döyüşçü Seyid Onbaşı haqda filmdə onun şəxsən özü çəkilmişdi. Çəkiliş zamanı rejissor onun şücaətinin bir epizodunu çanlandırmağı qərara alır. Belə ki, Seyid Onbaşı döyüşlərin birində ciddi yaralanıb taqətsiz halda olarkən, döyüş meydanından kənarlaşmayıb. O, 276 kiloqram ağırlığında mərmini təkbaşına qaldırıb topa qoyaraq atəş açmış, bununla da düşmənə böyük zərbə endirmişdi. Lakin sonra, kinoda çəkilməyə dəvət alan qəhrəman bu şücaətinin görüntüsünü yaratmaq üçün həmən mərmiyə immitasiya olan 30 kiloqramlıq taxtadan düzəldilmiş mərmini qaldırmağa gücü çatmayıb. Seyid Onbaşı uğursuz cəhdinə belə haqq qazandırıb: "Mən 276 kiloqramlıq mərmini ancaq həmin döyüş anında qaldırmağa güc tapa bilmişdim". O, Çanaqala döyüşünün fövqəladə, İlahi qüvvədən güc aldığı bir eşq cəbhəsi olduğuna şübhə etmədiyini demşdi".

Mənbə
ANS PRESS