Şou

"Buna dözə bilmərəm" - Niyaməddin Musayev

Metbuat.az
Xalq artisti Niyaməddin Musayev “Düzünü desək” verilişində qonaq olub.

Axşam.az-ın məlumatına görə, müğənni ”Nəyə dözməzsiniz” sualına belə cavab verib:



“Elə insanlar var ki, ədalətsizdir, haqsızdır. Ancaq öz dediyini yeritmək istəyir. Bu cür hallara və insanlara dözə bilmərəm. İnsan dözümlü olmalıdır. Ailədə də, cəmiyyətdə də bəzən əsəbi anlarımız olur. Əsəbdən çılğınlıq edə bilərik. İnsan kasıbçılıq da görər, çətinliyə də düşər. Bütün bunların öhdəsindən gəlmək üçün səbr mütləqdir".