Sosial

Buludlu hava olacaq

Metbuat.az

Aprelin 14-də

Bakıda və Abşeron yarımadasında

havanın buludlu olacağı, arabir yağış olacağı, gün ərzində buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

AZƏRTAC

-a verilən məlumata görə, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir.



Naxçıvan Muxtar Respublikasında

arabir yağış olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.



Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

arabir yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.



Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında

arabir yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.



Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında

arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir.



Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında

arabir yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17° isti olacağı gözlənilir.



Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında

arabir yağış yağacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti, bəzi yerlərdə 17°-dək isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.



Milli.Az