Sosial
Ceyhun Ələkbərov
Milli.Az
Bu qanun pozuntusuna görə yol polisini kim cəzalandıracaq? - FOTO
Gün ərzində yüzlərlə sürücünü piyadaya yol verməməyə görə cərimələyən polis özü qanunu tapdalayıb
Milli.Az xəbər verir ki, İnşaatçılar prospektində qeydə alınan yol qayda pozuntusu 10-YP-741 dövlət nömrə nişanlı YPX tərəfindən baş verib.
Belə ki, əks istiqamətdən gələn yol polisi piyada zolağından keçmək istəyənləri heçə sayaraq yoluna davam edib.
Onu da əlavə edək ki, yol polisi qaydanı pozarkən maşınının sayrışan işıqlarından istifadə etmirdi. Hansı ki, bu siqnaldan istifadə etmək polisin yolda üstünlüyə malik olması anlamı daşıyır.
Həmin kadrları təqdim edirik. Görüntülər tanınmış aktyor İlkin Həsəni tərəfindən çəkilib.
Ceyhun Ələkbərov
Milli.Az