Sosial

Bu oğlan axtarılır

Metbuat.az

Lənkəranda 28 yaşlı oğlan itkin düşüb. Bu barədə

APA

-ya Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) məlumat verilib. Bildirilib ki, rayonun Bala Şürük kənd sakini, 1987-ci il təvəllüdlü

Vidadi Dadi oğlu Əliyev

aprelin 8-də saat 9 radələrində yaşadığı ünvandan naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. İtkin düşmüş şəxsin boyu 169 sm, orta bədən quruluşlu, ailəli, gözləri göy, saçı isə qara rəngdədir.


 


Hazırda Lənkəran ŞRPŞ-nin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirirlər.


 


Onu görən və ya yerini bilənlərdən (02525) 4-83-38, 4-83-20, (50) 542-37-02 və (051) 911-28-28 nömrələrinə zəng vurmaları xahiş olunur.



Milli.Az