Bu fani dünyada bir Ramiz vardı - SƏNƏTKARLAR DANIŞIRLAR
Milli.AzBir neçə gün öncə 81 yaşını qeyd etdi, ancaq bu gün onu torpağa tapşıracaqlar
xəbər verir ki, ötən gecə Azərbaycan dahi bəstəkar Ramiz Mirişlini itirdi. Səhhətindəki problemlərlə bağlı 10 gün öncə xəstəxanaya yerləşdirilən bəstəkarın vəziyyəti düzəlməyib və o, ötən gecə dünyasını dəyişib.
Dahi bəstəkarın ölümü ilə bağlı əməkdar artist
Elza Seyidcahandanışıb. Əməkdar artist Milli.Az-ın əməkdaşına bildirib ki, hamı kimi Ramiz Mirişlinin ölümü ona da böyük zərbə oldu.
"Ramiz Mirişlinin ölüm xəbəri çox pis sarsıtdı, inanın ki, hələ də özümə gələ bilməmişəm. Mərhum bəstəkarımız mənim müəllimim, Qara Qarayevin məktəbindən barmaqla sayılacaq qədər qalan yeganə şəxslərdən biri idi.
Onun özünəməxsus mahnıları vardı. Hətta "Bir könül sındırmışam" mahnısı Türkiyədə dillər əzbəri olmuşdu və hər kəs tərəfindən sevilirdi. Azərbaycan çox böyük bir şəxsiyyəti itirdi.
Allah eləsin, bu cür şəxslərin davamçıları, onlar qədər də olmasa, ən azından, onların qoyub getdikləri yol ilə getsinlər. Mən özüm də bu gün saat ikidə konservatoriyada vida mərasimində iştirak edəcəm.
Bir neçə il öncə Ramiz müəllim yoldaşını itirmişdi və o gündən bəri bəstəkarımız sarsıntılar keçirdi. O, çox gözəl bir ata və ailə başçısı olub. Allah ona qəni-qəni rəhmət eləsin".
Müğənni
Emma Ələkbərzadəöz səhifəsində bəstəkarımızın fotosunu yerləşdirərək yazıb: "Dahi sənətkarımızı dünən ad günü münasibəti ilə təbrik etdik, bu gün isə itirdik. Allah rəhmət eləsin, Ramiz Mirişli".
Müğənni
Nüşabə Ələsgərlidə bəstəkar haqda fikirlərini sosial şəbəkədəki profilində paylaşıb:
"Çox pis oldum. Allah sizə rəhmət eləsin, Ramiz müəllim!"
Müğənni
Emil Bədəlovda bəstəkarın ölümünə biganə qalmayıb: "Allah rəhmət eləsin böyük sənətkarımıza".
Ceyhun Ələkbərov
Milli.Az